FRANSIZLARIN BAŞ MƏŞQÇİSİ: "FAVORİT MƏNİM KOMANDAMDIR"

FRANSIZLARIN BAŞ MƏŞQÇİSİ: "FAVORİT MƏNİM KOMANDAMDIR"
Futbol
10 İyul 2016 - 10:44
Supersport.Az-ın məlumatına görə, Portuqaliya ilə oyun ərəfəsində Fransa milli komandasının baş məşqçisi Didye Deşam iddialı danışıb.

47 yaşlı mütəxəssis komandasından razı qaldığını və finalın favoriti olduqlarını bildirib.

"Futbolcularımla qürur duyuram. Turnir ərzində əla mübarizə apardılar və zamanla bütün komandalardan daha yaxşı olduqlarını göstərdilər. Bəlkə əvvəlki matçlara yaxşı başlamadıq, ancaq sona doğru nəticə qazanmağı bacardıq. Hər kəs ritmə uyğun hərəkət edir. Bizim komanda çempionatın ən yaxşısıdır.

Sağlam rəqabət aparırıq, hər zaman müsbət futbol nümayiş etdiririk. Ev sahibi olmaq üstünlük sayıla bilər. Bununla belə meydana çıxıb qollar vurmalıyıq. Portuqaliyaya qarşı finalda favoritik və mənim ən çox inandığım futbolçulardır. Çünki kuboku çox istəyirlər".

Türkiyə yığması haqda da fikirlərini açıqlayan Deşam, bu komandanın erkən mübarizəni dayandırmasını təəccüblə qarşılayıb:

"Türkiyənin çempionatın ən çətin qrupunda mübarizə aparacğını bilirdim. Ancaq mübarizəni dayandırması sürpriz oldu. Gənc və dinamik bir komanda, gələcək üçün ümid vəd edən oyunçulardan qurulub. 2018-də Türkiyəyə uğurlar arzulayıram".

Digər xəbərlər