CÜDOÇUMUZ ERMƏNİNİ MƏĞLUB EDİB ÇEMPİON OLDU

CÜDOÇUMUZ ERMƏNİNİ MƏĞLUB EDİB ÇEMPİON OLDU
Cüdo
02 İyul 2016 - 11:59
Azərbaycanın yeniyetmə cüdoçuları Finlandiyada keçirilən Avropa birinciliyinin ilk günü möhtəşəm qələbələrə imza atıblar. Cüdoçularımız qitənin nüfuzlu yarışında 2 qızıl və 1 bürünc medal qazanıblar.

Azərbaycan cüdoçusu erməniyə qalib gələrək Avropa çempionu olub.

50 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rövşən Əliyev Ermənistan, Rumıniya ve Macarıstan cüdoçularını məğlub edərək qızıl medala sahib olub.


55 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov isə Türkiye, Hollandiya, Serbiya, İtaliya və Belarus təmsilçilərinə qalib gələrk Avropa çempionu adını qazanıb.

50 kq çəki dərəcəsində çıxış edən Raşxan Baxşəliyev isə yarımfinalda komanda yoldaşı - bu çəkidə qızıl medal qazanmış Rövşən Əliyevə uduzaraq bürünc medal uğrunda mübarizəyə qoşulub. Bürünc medal uğrunda mübarizədə israilli İdo Rab üzərində qələbəyə sevinən Baxşəliyev milli komandamıza növbəti medalı qazandırıb.

Qeyd edək ki, 41 ölkədən 421 idmançının (238 oğlan, 183 qız) mübarizə apardığı Avropa çempionatında Azərbaycan millisi 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.

Digər xəbərlər