RİO OLİMPİADASI ÜÇÜN 895 MİLYON DOLLAR

RİO OLİMPİADASI ÜÇÜN 895 MİLYON DOLLAR
Olimpiya, Rio-2016
02 İyul 2016 - 11:17
Supersport.Az-ın məlumatına görə, Rioda keçiriləcək Olimpiadayla bağlı ciddi təhlükəsizlik tədbirləri görülür.

Braziliyada bir bölgədə silahlı qarşıdurma olub, başqa məkanda bir nəfərin cəsədi tapılıb. Bu hadisələr ölkəyə gələcək minlərlə idmançı və turist üçün böyük qorxu yaradır.

Braziliya hökuməti, maddi böhrana rəğmən 5 avqustda başlayacaq olimpiada ərəfəsində təhlükəsizliyin gücləndirilməsinə 895 milyon dollar ayırıb.

 

 

Digər xəbərlər