İTALYANLAR TÜRK HAKİMƏ "QUYU QAZDILAR"

İTALYANLAR TÜRK HAKİMƏ "QUYU QAZDILAR"
Futbol
28 İyun 2016 - 15:15
Supersport.Az-ın məlumatına görə, Avropa çempionatında İtaliya - İspaniya oyununu idarə edən Cüneyt Çakır yarışla erkən vidalaşıb.

Türk hakim növbəti mərhələnin qarşılaşmalarında olmayacaq. Bu qərarda Cüneyt Çakırın idarə etdiyi oyunların təsiri olduğu bildirilir.

Çakır, Çempionlar Liqasında həm yarımfinal, həm də final qarşılaşmasını idarə etməklə tarixə düşmüşdü.

Qeyd edək ki, İtaliya İspaniya ilə oyunda türk hakimə çox sayda etirazlar, mətbuat isə sərt tənqid etmişdi.

Digər xəbərlər