BAKIDA FİVB MƏŞQÇİLƏRİNİN II KATAQORİYASI ÜZRƏ KURSU KEÇİRİLİB

BAKIDA FİVB MƏŞQÇİLƏRİNİN II KATAQORİYASI ÜZRƏ KURSU KEÇİRİLİB
Digər
26 İyun 2016 - 00:01




Bakıda FİVB məşqçilərinin II kateqoriyası üzrə kursu keçirilir. Superspport.Az saytının məlumatına görə, seminarda 13 xarici, 18 yerli mütəxəssis iştirak edir.

 

Yerlilər arasında ölkədən kənarda da kifayət qədər tanınmış veteranlar yer alıblar. Belə ki, seminara millimizin sabiq voleybolçuları Alla Həsənova, İnessa Qorxmaz, Oksana Məmmədyarova, həmçinin hazırda yığmalarımızda və klublarımızda çalışan Aleksandr Çervyakov, Fərid Cəlalov və Ziya Rəcəbov kimi çalışdırıcılar qatılıblar.

 

Kursun direktoru türkiyəli Nejat Sancaqdə və ona slovakiyalı Peter Kalni köməklik edir.

 

Sancak bildirib ki, dərslər yüksək səviyyədə keçir: “Bakı bizim üçün doğma şəhərdi, ona görə heç bir çətinlik yoxdu. Bakıda 25-26 iyunda Azərbaycan – Yunanıstan milliləri arasında Avropa Liqasında yarımfinal oyunu oynayacaq. Bizdə bu oyunu canlı olaraq izləyəcəyik və bu iştirakçılar üçün daha da maraqlı olacaq.  Sonda iştirakçılar imtahan verərək, “Beynəlxalq məşqçi sertifikatı” alacaqlar. Bu cür seminarların keçirilməsi yerli məşqçilər üçün böyük fürsərdi”.





Fotosessiya İslam Atakişiyeva məxsusdur.


















Digər xəbərlər