ARGENTİNA PREZİDENTİNDƏN MESSİYƏ MƏSLƏHƏT

ARGENTİNA PREZİDENTİNDƏN MESSİYƏ MƏSLƏHƏT
Futbol
28 İyun 2016 - 14:55
"TƏNQİDLƏRƏ FİKİR VERMƏ!"

Amerika Kubokunun finalında Çiliyə məğlub olduqdan sonra Argentina yığmasının kapitanı Lionel Messi milli komandasından ayrılmışdı.

"Hər şeydən əvvəl penaltini qaçırdım. Qərarımı çoxdan vermişdim. Paltardəyişmə otağında da son dəfə düşündüm. Bu oyun çox vacib idi. Üçüncü dəfə finalda məğlub olduq. Argentina ilə çempion olmamaq ən çox məni yandırır. Çox çalışsaq da, alınmadı. Bu, milli komandada son oyunumdur. Bura mənim yerim deyil" - deyə, ulduz futbolçu bildirib.

Supersport.Az-ın məlumatına görə, Argentina prezidenti Maurisio Makri Lionel Messini fikrindən daşındırmaq üçün hərəkətə keçib.

Bu haqda ölkə rəhbərinin mətbuat katibi açıqlama verib:

"Cənab Makri, Lionellə telefon söhbəti etdi, milli komandada çıxış etməsiylə qürur duymasını və tənqidlərə qulaq asmamağın vacibliyini söylədi". 

Digər xəbərlər