ŞAHİN DİNİYEV: "CÜTÜN TALEYİ CAVAB OYUNUNDA HƏLL OLUNACAQ"

ŞAHİN DİNİYEV: "CÜTÜN TALEYİ CAVAB OYUNUNDA HƏLL OLUNACAQ"
Futbol
28 İyun 2016 - 14:28
Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda "Daçiya" ilə keçiriləcək oyun ərəfəsində "Kəpəz"in baş məşqçisi Şahin Diniyev fikirlərini bildirib.

"Azərbaycanda qitə miqyaslı turnirə start verən ilk komanda bizik. Çalışacağıq uğurlu nəticə ilə başlayaq. Bilirik ki, oyun çətin keçəcək. Tam ideal olmasaq da, pis formada da deyilik. Uşaqlar səylə çalışıblar. Ərzurumdakı toplanış bizə çox şey verdi. Fiziki durumumuz yaxşıdır, sadəcə, çatışmayan iki şey var. Bunlardan biri oyun təcrübəsinin azlığı, digəri yüksəklikdən gəlib buradakı iqlimə, şəraitə uyğunlaşmaqdır. Adaptasiya üçün orqanizmə vaxt lazımdır. Sonuncu məşqdə gördüm ki, futbolçular ikinci problemin öhdəsindən artıq gəliblər. "Kəpəz"in necə oynayacağı hamı üçün maraqlıdır. "Daçiya" qarşısına qrup mərhələsinə düşmək tapşırığı qoyub. Biz azarkeşlərimizi məmnun yola salmağa çalışacağıq. Amma arxayın olmaq lazım deyil. Mən futbolçularıma inanıram. Cütün taleyi ilk oyun deyil, təkrar görüşdə həll olunacaq".

Digər xəbərlər