MARADONA: "MESSİ, MİLLİDƏ QALMALISAN!"

MARADONA: "MESSİ, MİLLİDƏ QALMALISAN!"
Futbol
28 İyun 2016 - 12:47
Supersport.Az-ın məlumatına görə, əfsanəvi futbolçu Dieqo Maradona Argentina yığmasının kapitanı Lionel Messini milli komandadakı karyerasını bitirməməyə çağırıb.

Maradona deyib:

"Messi yığma komandada qalmalıdır, bu, zəruridir. O, dünya şempionu adını qazanmaq üçün Rusiyadakı turnirə yollanacaq. Messi ona kömək etmək istəyənlərə qulaq asmalıdır. Onun millidən getməsini arzulayan adamlar bununla Argentina futbolundakı vəziyyətin pisliyini ört-basdır etmək istəyirlər" ("La Nacion").
Qeyd edək ki, Messi heyətdə ikən argentinalılar 2007, 2015 və 2016-cı illərdə Amerika kuboklarının finalında, 2014-cü ildə isə DÇ-nin final qarşılaşmasında məğlub olublar.

 

Digər xəbərlər