İNGİLTƏRƏ YIĞMASINDA İSTEFA

İNGİLTƏRƏ YIĞMASINDA İSTEFA
Futbol
28 İyun 2016 - 12:27
Supersport.Az-ın məlumatına görə, futbol üzrə Avropa çempionatında daha bir mütəxəssis istefa verib.

İslandiya qarşısında aciz qalan İngiltərə yığmasının baş məşqçisi Roy Hocson belə addım atıb.

Dörd il əvvəl italiyalı mütəxəssis Fabio Kapellonu əvəzləyən 68 yaşlı Hocson açıqlama verib:

"Belə alındığı üçün məyusam, bunlar ola bilir. Ümid edirəm ki, İngiltərə yaxın illərdə mötəbər turnirin finalında görəcəyik".

O, mətbuatda milli komandaya seçim zamanı səhvlər etməkdə günahlandırılaraq, sərt tənqid olunurdu.

Mütəxəssisin rəhbərliyində İngiltərə seçmə komandası 56 oyunda 33 qələbə qazanıb, Avropa çempionatının seçmə mərhələsində bütün oyunlarda qalb gələrək, final raunduna qatılmışdı.

Digər xəbərlər