Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Vakker İnsbruk”la yoxlama matçından sonra futbolçulara istirahət vermişdi. Bir günlük fasilənin ardından komanda dünən günü 2 məşqlə keçirib. Futbolçular günün ilk çalışmasını fitnes zalında keçirib. Axşam hazırlığı isə meydançada baş tutub və 1 saat 45 dəqiqə davam edib.
“Qarabağ”ın düşərgəsinə yeni qoşulan Ansi Aqolli məşqlərdə iştirak edib, zədəli futbolçu Namiq Ələsgərov isə fizioterapevt nəzarəti altında çalışmasını davam etdirib, ayağında ağrılar hiss edən Azər Salahlı isə məşqdə iştirak etməyib.