İKİ BOKSÇUMUZ DÖYÜŞMƏDƏN BİRİNCİ OLDU - ŞƏKİLLƏR

İKİ BOKSÇUMUZ DÖYÜŞMƏDƏN BİRİNCİ OLDU - ŞƏKİLLƏR
Olimpiya, Rio-2016, Boks
26 İyun 2016 - 00:09
Bakıda keçirilən Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə dünya təsnifat turniri başa çatıb.

Supersport.Az-ın məlumatına görə, yarışın son günündə final qarşılaşmaları Azərbaycan yığmasının üzvləri üçün uğurlu olub.

Axşam proqramında Rüfət Hüseynov (49 kq) və Teymur Məmmədovun (81 kq) rəqibləri rinqə çıxmadığından turnirin qalibi adını qazanıblar.

Digər boksçumuz - 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı da artıq lisenziya qazanıb. Bunun üçün Kamranın dörddəbir finalda uduzduğu Maykl Oreylli finalda türkmənistanlı Aslanbek Açilovu məğlub etməli idi. İlk "beşliy"in Rioya vəsiqə qazandığı çəki dərəcəsində çempion məhz Oreylli olub. Açilov Oreylli ilə həlledici qarşılaşmaya çıxmaqdan imtina edib və nəticədə Kamran Şahsuvarlı da Rio Olimpiadasına lisenziya əldə edib.

Mükafatlandırma mərasimində Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov və digər rəsmilər iştirak ediblər.

Beləliklə, Azərbaycanın kişilərdən ibarət boks üzrə milli komandası tarixdə ilk dəfə olaraq Olimpiadada tam heyətlə təmsil olunacaq.

Xatırladaq ki, bunadək ən yüksək nəticə 12 il əvvəl Afina Yay Olimpiya Oyunlarında qeydə alınıb. Dəri əlcək ustalarımız həmin yarışda doqquz nəfərlə təmsil olunmuşdular. Hazırda isə Azərbaycan 10 çəki dərəcəsində təmsil olunacaq.

b1b2

b3b03

b4b5

Digər xəbərlər