BOKS YIĞMAMIZ OLİMPİADAYA TAM HEYƏTLƏ GEDƏCƏK

BOKS YIĞMAMIZ OLİMPİADAYA TAM HEYƏTLƏ GEDƏCƏK
Olimpiya, Rio-2016, Boks
25 İyun 2016 - 21:16
Bakıda Olimpiadaya lisenziya xarakterli boks üzrə dünya təsnifat turniri başa çatır.

Supersport.Az-ın məlumatına görə, kişilərdən ibarət yığmamız Olimpiadaya tam heyətlə yollanacaq. 75 kiloqram çəki dərəcəsində təmsilçimiz Kamran Şahsuvarlı da artıq lisenziya qazanıb. Bunun üçün Kamranın dörddəbir finalda uduzduğu Maykl Oreylli finalda türkmənistanlı Aslanbek Açilovu məğlub etməli idi. İlk “beşliy”in Rioya vəsiqə qazandığı çəki dərəcəsində çempion məhz Oreylli olub. Belə ki, Açilov Oreylli ilə həlledici qarşılaşmaya çıxmaqdan imtina edib. Nəticədə Kamran Şahsuvarlı da Rio Olimpiadasına lisenziya əldə edib.

Axşam proqramında Azərbaycan yığmasının boksçuları daha iki çəki dərəcəsində həlledici döyüşə çıxacaqlar.

Ölkəmizi təmsil edən Rüfət Hüseynov (49 kq) ispaniyalı Samuel Karmona ilə üz-üzə gələcək. Hər iki boksçu Olimpiya lisenziyasını təmin etdiyindən, bu görüş formal xarakter daşıyır. Lakin boksçumuz doğma divarlar arasında rinqə çıxacağından, yarışı çempion kimi başa vurmağı hədəfləyib.

Son iki görüşü döyüşmədən keçirən və Rioda Azərbaycan yığmasının bayraqdarı olmağa yeganə namizəd - Teymur Məmmədov (81 kq) finalda almaniyalı Serge Mixellə görüşəcək.

Digər xəbərlər