AZƏRBAYCANDAN 55-Cİ LİSENZİYA

AZƏRBAYCANDAN 55-Cİ LİSENZİYA
Digər, Boks
25 İyun 2016 - 00:47
Bakının ev sahibliyi etdiyi "Rio-2016" boks üzrə lisenziya xarakterli dünya təsnifat turnirinin 8-ci günü başa çatıb.

Turnirin yarımfinal döyüşləri keçirilib. Axşam proqramında rinqə çıxan Azərbaycan millisinin üzvü Rüfət Hüseynov (49 kq) qələbə qazanaraq olimpiadaya lisenziya qazanıb. Bu çəki dərəcəsində yalnız finalçıların Rioda iştirak hüququ olduğunu nəzərə alsaq, R.Hüseynov üçün yarımfinal döyüşü xüsusi əhəmiyyət kəsb edib. Meksikalı Xoselito Velaskes Altamirano ilə döyüşən təmsilçimiz 2:1 hesabı ilə qalib gələrək, finala çıxıb.

Rio vəsiqəsini təmin etmiş Teymur Məmmədov (81 kq) üçün də uğurlu olub. T.Məmmədov rusiyalı Pyotr Xamukovla üz-üzə gəlməli olsa da, rəqib rinqə çıxmayıb.

Qeyd edək ki, yığmamızın digər idmançısı Kamran Şahsuvarlı (75 kq) dörddəbir finalda uduzsa da, lisenziya şansını saxlayır. Yarışa bu gün keçiriləcək və idmançılarımızın da mübarizə aparacağı final görüşləri ilə yekun vurulacaq.

Digər xəbərlər