"DAÇİYA" - "KƏPƏZ": OYUNUN STADİONU DƏYİŞDİRİLDİ

"DAÇİYA" - "KƏPƏZ": OYUNUN STADİONU DƏYİŞDİRİLDİ
Futbol
25 İyun 2016 - 00:25
Avropa Liqasının I təsnifat mərhələsində Gəncənin "Kəpəz" klubunun Moldova "Daçiya"sı ilə keçirəcəyi cavab görüşünün stadionu dəyişdirilib.

Supersport.Az-ın məlumatına görə,  UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, iyulun 7-də baş tutacaq qarşılaşma Kişinyovun "Zimbru" stadionunda yox, paytaxtdan 33 kilometr aralıda yerləşən Speya rayonundakı eyniadlı stadionda olacaq.

Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 8 min 500 tamaşaçı tutumuna malik stadion “Daçiya”nın ev arenası sayılır və beynəlxalq oyun keçirməyə razılıq alıb. Bu komandalar arasındakı ilk qarşılaşma isə iyunun 28-də Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da oynanılacaq. Matçın saat 20:00-da başlayacaq.

Digər xəbərlər