"NEFTÇİ" 3 QOLLA QALİB GƏLDİ - VİDEO

"NEFTÇİ" 3 QOLLA QALİB GƏLDİ - VİDEO
Futbol, Video
24 İyun 2016 - 11:49
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib. Komanda Afrika klublarından seçilmiş futbolçulardan ibarət "SİBM Traning Center” komandası ilə qarşılaşıb. Görüş "Neftçi”nin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Qolları Rəhman Hacıyev (11-ci dəqiqə) və Araz Abdullayev (22-ci və 90-cı dəqiqələr) vurublar.

"Neftçi": Krşevan Santini, Jairo, Vançe Şikov, Dario Melnyak, Məqsəd İsayev, Edson Kastilyo, Rəhman Hacıyev, Elşən Abdullayev, Araz Abdullayev, Ruslan Qurbanov, Fəhmin Muradbəyli.

Sonradan meydana daxil olanlar: Elvin Bədəlov, Rahil Məmmədov, Eltun Yaqublu, Kamal Qurbanov, Murad Ağayev, Cavid İmamverdiyev, Ömər Buludov, Aqşin Qurbanlı, Orxan Qurbanlı.

Digər xəbərlər