"NEFTÇİ"DƏ XORVAT QOLKİPER

"NEFTÇİ"DƏ XORVAT QOLKİPER
Futbol
24 İyun 2016 - 10:22
Supersport.Az-ın məlumatına görə, "Neftçi" xorvatiyalı qapıçı Krşevan Santini ilə müqavilə bağlayıb. Peşəkar karyerasına Xorvatiyanın "Zadar" klubunda başlamış qapıçı daha sonra "Seqesta", "Moslavina", "İnter" (Zapreşiç) kimi klubların formasını geyinib. 2013-2015-cı illərdə Ukraynada legioner həyatı yaşamış qapıçı "Zarya" klubunun şərəfini qoruyub. Krşevan Santini son olaraq Kiprin "Enosis" klubunda çıxış edib.

Digər xəbərlər