ÇEMPİON MƏŞQÇİDƏN İSTEFA

ÇEMPİON MƏŞQÇİDƏN İSTEFA
Futbol
24 İyun 2016 - 10:14
Supersport.Az-ın məlumatına görə, komandasına çempionluq qazandıran mütəxəssis istefa verib.

Yunanıstanda "Olimpiakos"un baş məşqçisi Marko Silva vəzifəsindən ayrılıb.

38 yaşlı portuqaliyalı mütəxəssisin şəxsi işi ilə bağlı istefa ərizəsini rəhbərliyə təqdim etdiyi bildirilir.

Silva, başa çatan ötən mövsüm "Olimpiakos"a, ən yaxın rəqibi "Panatinaikos"u 30 xal geridə qoymaqla 43-cü çempionluğu qazandırmışdı.

Digər xəbərlər