AVRO-2016-DA NÖVBƏTİ İSTEFA

AVRO-2016-DA NÖVBƏTİ İSTEFA
Futbol
23 İyun 2016 - 23:11
Supersport.Az-ın məlumatına görə, Fransada keçirilən futbol üzrə Avropa çempionatında biabırçı çıxış edən daha bir milli komandanın baş məşqçisi istefa verib.

Söhbət Ukrayna yığmasının əsas çalışdırıcısı Mixail Fomenkodan gedir.

"Mən uğurlu nəticə qazana bilmədiyim üçün məsuliyyəti üzərimə götürüb istefa verirəm" - deyə, mütəxəssis bildirib.

Xatırladaq ki, Ukrayna millisi qrup mərhələsində keçirdiyi 3 oyunda bir xal belə qazanmayıb. Komanda iyunun 12-də 0:2 hesabı ilə Almaniya yığmasına uduzub. Mixail Fomenkonun yetirmələri Şimali İrlandiyaya da həmin hesabla məğlub olub. Ukraynalılar öz çıxışlarını iyunun 21-də Polşa millisinə 0:1 hesabı ilə uduzmaqla başa vurublar.

Digər xəbərlər