OLİVER KAN: "İTALİYA İRLANDİYAYA QƏSDƏN UDUZDU" - ŞƏKİLLƏR

OLİVER KAN: "İTALİYA İRLANDİYAYA QƏSDƏN UDUZDU" - ŞƏKİLLƏR
Futbol
23 İyun 2016 - 17:57
Fransada təşkil Avropa çempionatında Türkiyə millisi 1/8 final mərhələsindən son anda kənarda qalıb. İrlandiya milli komandası İtaliya ilə oynadığı matçda 85-cı dəqiqədə qələbə qolunu vurub. Bu hesab Türkiyə millisinin qitə çempionatı ilə vidalaşması ilə nəticələnib.

Supersport.Az-ın məlumatına görə, Almaniya milli komandasının əfsanəvi qapıçısı Oliver Kan şok açıqlama verərək, İtaliya milli komandasının baş məşqçisi Antonio Kontenin bilərəkdən İrlandiya yığması qarşısına ikinci heyətlə çıxardığını və türklərdən qisas aldığını bildirib.

ZDF kanalının şərhçisi belə danışıb:

"Konte 2013-cü ildə İstanbulda baş tutan "Qalatasaray" - "Yuventus" oyununu unutmamışdı. Həmin vaxt "Yuventus"u çalışdıran Konte Sneyderin vurduğu qolun qisasını aldı. İtaliyalılar qapıçısına səhv etməyi tapşırmışdı. İtaliya qəsdən İrlandiyaya uduzdu".

Qeyd edək ki, "Qalatasaray" - "Yuventus" oyunu 2013-cü ilin dekabr ayının 11-də baş tutmuşdu. Qarlı hava şəraitində baş tutan matçda "Qalatasaray" 1-0 hesablı qələbə qazanmışdı. Bu nəticədən sonra "Yuve” Çempionlar Liqası turniri ilə vidalaşmışdı.



sneyder

irlanditirlanditairlandiyaqol

Digər xəbərlər