GÜLƏŞÇİMİZ ERMƏNİYƏ BELƏ QALİB GƏLDİ - VİDEO

GÜLƏŞÇİMİZ ERMƏNİYƏ BELƏ QALİB GƏLDİ - VİDEO
Digər, Güləş, Video
23 İyun 2016 - 00:30
Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçirilir.

Supersport.Az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimi Sənan Süleymanov 1/8 final mərhələsinin görüşünə çıxıb.

O, sözügedən turda Ermənistanı təsmil edən Malxas Amoyanla üz-üzə gəlib.
İdmançımız rəqibini 9:6 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Güləşçimiz 1/4 final mərhələsində Slovakiya təmsilçisi Leos Drmola üzərində 10:2 hesablı qələbə qazanaraq yarımfinala adlayıb.

Qeyd edək ki, yarımfinal mərhələsində Sənan Süleymanovun rəqibi Ukrayna təmsilçisi Pərviz Nəsibov olacaq.

Digər xəbərlər