FATİH TERİM UEFA-YA İRAD TUTDU, SƏHVİNİ ETİRAF ETDİ

FATİH TERİM UEFA-YA İRAD TUTDU, SƏHVİNİ ETİRAF ETDİ
Futbol
22 İyun 2016 - 15:47
Supersport.Az-ın məlumatına görə, Avropa çempionatında ilk qələbəsini Çexiya üzərində qazanan Türkiyə yığmasının baş məşqçisi Fatih Terim fikirlərini bölüşüb.

Mütəxəssis hesab edir ki, 80-90 faiz qrup səddini keçmək şansları var:

"Allah nəsib etsə, 80-90 faiz növbəti mərhələyə vəsiqə qazana bilərik. Bundan sonra Uelslə qarşılaşacağıq. Növbəti mərhələyə adlamaya da bilərik".

Baş məşqçi 2008-ci ildəki kimi tarixin təkrarlana biləcəyini söyləyib:

"İki oyunda mən səhv davranmışdım. Komandamızda texniki, taktiki, fiziki, istək baxımından çatışmazlıq vardı. Ancaq çexlərlə oyunda problemlər yoxa çıxdı. Xorvatiyaya iki qol vuran Çexiyaya son 15-20 dəqiqədə də imkan vermək olmazdı.

Əmrə Mor, bizi həyəcanlandırdı. İspaniya ilə matçda Əmrəni meydana buraxmadım ki, özünü itirə bilərdi. O, tənqidlərdən yorulduğunu, meydana çıxmaq istədiyini bildirdi. Məncə, Türkiyə yığmasI vacib oyunçu qazandı. Volkan Şən, Əmre Mor və Burak Yılmaz hücumda əla oynadı. Komanda olaraq da yaxşı müdafiə olunduq. Qapıçımız da xoş təsir bağışladı.

Hazırda komanda rahatdır. Bir sıra problemlər olsa da, tezliklə həll edərik. Komanda kollektiv oyununu bərpa etdi və qələbə qazandı. Əgər qrupdan çıxsaq, daha irəli gedəcəyimizi düşünürəm.

Yarışdan kənarda qalsaq, çox məyus olardıq. Çempionata davam etsək, yeni başlamış kimi olacaq. Bir komanda olaraq borcumuz var, bunu ödəmək istəyirik".

Terim, İspaniya ilə oyundan sonra UEFA-nın səhv edərək, Türkiyənin iddiasının qalmadığını xatırladılmasına münasibətini bildirib:

"Onlara "Biz bitdi demədən bitməz" sözünü xatırlatmaq lazımdır. Bəzən belə səhvlər olur. Hər halda aldığımız ilk nəticələri nəzərə alaraq belə ümidsizliyə qapılmışdılar".

Digər xəbərlər