MESSİDƏN REKORD

MESSİDƏN REKORD
Futbol
22 İyun 2016 - 11:47
Supersport.Az-ın məlumatına görə, Argentina yığmasının futbolçusu Lionel Messi milli komanda tarixində ən yaxşı bombardir olub.

O, Amerika Kubokunun yarımfinalında ABŞ-ın qapısına yığmanın heyətində 55-ci qolunu vurub.

Messi Venesuela ilə 1/4 final matçında 54-cü qolunu vuraraq topların sayına görə Qabriel Batistutaya çatmışdı.

Messi Argentina yığmasında 112-ci oyununu keçirib. Karyerasını 2005-ci ildə bitirən Batistutanın aktivində isə 78 matç var. Siyahıda üçüncü yer Ernan Krespoya (1995-2007, 35 qol, 64 oyun), dördüncü yer Dieqo Maradonaya (1977-1994, 34 qol, 91 matç) məxsusdur.

 

Digər xəbərlər