OLİMPİADAYA 6 MİLYON BİLET

OLİMPİADAYA 6 MİLYON BİLET
Olimpiya, Rio-2016
22 İyun 2016 - 01:46
Supersport.Az-ın məlumatına görə, Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına böyük maraq var.

Təşkilatçılar 6 milyon biletin hamısının satılacağını düşünür. Bu istiqamətdə iş aparılır. Mart ayına qədər 4,2 milyon bilet satılıb. Oyunların startına qədər 1.8 milyonun da alınacağı gözlənilir.

2012-ci il Olimpiadası ən çox gəlir gətirmək baxımından fərqlənmişdi. Londonda biletlərə böyük tələbat olacağı əvvəlcədən planlaşdırılmadığından 1 milyon tamaşaçı geri qayıtmaq məcburiyyətində qalmışdı.

Braziliyada həm iqtisadi böhran, həm də Zika virusuna qarşı mübarizə davam edir. Rio bələdiyyəsi oyunlar başlayana qədər nəqliyyat xidmətlərini relsə salmaq üçün dövlət büdcəsindən vəsait tələb edib.

 

 

Digər xəbərlər