"QARABAĞ" - "DÜDELANJ": OYUNUN BAŞLAMA VAXTI AÇIQLANDI

"QARABAĞ" - "DÜDELANJ": OYUNUN BAŞLAMA VAXTI AÇIQLANDI
Futbol
21 İyun 2016 - 02:49
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ" Lüksemburq təmsilçisi "Düdelanj"la qarşılaşacaq.

Supersport.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq ilk oyunun başlanma vaxtı açıqlanıb. Matç 12 iyul saat 21:00-da start götürəcək.

Qeyd edək ki, tərəflər arasında cavab matçı bir həftə sonra, iyulun 19-da keçiriləcək.

Digər xəbərlər