ROSBERQ BİRİNCİ OLDU, 4 PİLOT YARIŞDAN KƏNARLAŞDI - FOTOSESSİYA

ROSBERQ BİRİNCİ OLDU, 4 PİLOT YARIŞDAN KƏNARLAŞDI - FOTOSESSİYA
Formula-1
19 İyun 2016 - 23:19
Bakıda keçirilən "Formula-1" üzrə Avropa Qran-prisi başa çatıb. Pilotlar 6,003 kilometr məsafədə 51 dövrə vurublar.

Supersport.Az-ın məlumatına görə, "Mercedes" komandasının üzvü Niko Rosberq (1 saat 32 dəqiqə 52 saniyə) yarışın qalibi olub.

İkinci yeri "Ferrari"dən Sebastayn Vettel (-16.6), üçüncü yeri isə "Force India"dan Serxio Peres (-25.2) tutub.

"Formula 1" Avropa Qran Prisində 4 pilot mübarizəni dayandırıb.

"Toro Rosso" komandasının hər iki pilotu - Daniil Kvyat 6-cı, Karlos Sayns 33-cü döngədə mübarizəni dayandırıb. Həmçinin "Manor"un pilotu Paskal Verlayn 40-cı döngədə trasdan çıxıb. "McLaren" pilotu Fernando Alonso isə 42-ci döngədə boksa girib.

rosrosberg-nico-european-gp_3487022

f3f2-2f5f4ff1hamiltonf7niko1saynsraykonentorovettel

 

Digər xəbərlər