TÜRKİYƏ - ÇEXİYA OYUNU ÜÇ ÖLKƏNİN HAKİMLƏRİNƏ TAPŞIRILDI

TÜRKİYƏ - ÇEXİYA OYUNU ÜÇ ÖLKƏNİN HAKİMLƏRİNƏ TAPŞIRILDI
Futbol
19 İyun 2016 - 22:49

Supersport.Az-ın məlumatına görə, Avropa çempionatının qrup mərhələsinin Türkiyə - Çexiya oyununun hakimləri məlum olub.


İyunun 21-də Lans şəhərində keçiriləcək qarşılaşmanı şotland referi Uilyam Kollam idarə edəcək. Bu hakimə həmvətəni Damyen MakQreyt və irlandiyalı Fransis Konnor köməklik göstərəcək.


Şotlandiyadan əlavə referilərdən Bobbi Madden və Con Biton, Rusiyadan isə dördüncü hakim Sergey Lapoçkin olacaq.

Digər xəbərlər