İSPANLARIN BAŞ MƏŞQÇİSİ: "HEÇ BİR UĞUR QAZANMAMIŞIQ"

İSPANLARIN BAŞ MƏŞQÇİSİ: "HEÇ BİR UĞUR QAZANMAMIŞIQ"
Futbol
18 İyun 2016 - 05:16
Supersport.Az-ın məlumatına görə, Türkiyəyə futbol dərsi keçən İspaniya yığmasnın baş məşqçisi Visente del Boske qələbəni şərh edib.

Təcrübəli mütəxəssis, komandasının yüksək səviyyədə oyun nümayiş etdirdiyini və nəticədən razı qaldığını bildirib.

"İlk məqsədimiz 16 komanda sırasına düşmək idi ki, bunu reallaşdırdıq. Çox yaxşı oynadıq. Qarşılaşmaya 90 dəqiqə nəzarət etdik və vacib qollar vurduq. Artıq Xorvatiya matçına hazırlaşacağıq. Finala qədər irəliləməyə çalışacağıq".

Çempion məşqçi, turnirin favoriti adlandırılsalar belə "Hələ ki, heç bir uğur qazanmamışıq. Yalnız ilk mərhələni keçdik. Qarşıda uzun yol var" deyib.

İspanların çalışdırıcısı Çexiya və Türkiyənin komandasının qarşısında aciz qaldığını vurğulayıb:

"Qapımız qarşısında təhlükəli vəziyyət yarada bilmədilər və yalnız müdafiə olunmaq məcburiyyətində qaldılar. Topa daha çox nəzarət etdik, kəsərli hücumlar təşkil etməklə qələbələr qazandıq".

Xatırladaq ki, İspaniya Çexiyaya 1:0, Türkiyəyə 3:0 hesabı ilə qalib gəlib.  

 

Digər xəbərlər