"TVENTE" YÜKSƏK LİQADA SAXLANILDI

"TVENTE" YÜKSƏK LİQADA SAXLANILDI
Futbol
18 İyun 2016 - 06:04
Niderland Futbol Federasiyası maddi problemləri əsas gətirərək "Tvente"nin aşağı liqaya göndərmişdi.

Supersport.Az-ın məlumatına görə, klubun etirazına baxılaraq, komandanın yüksək liqada saxlanılmasına qərar verilib və 180 min avro cərimə kəsilib.

"Tvente" ötən mövsüm çempionatı 40 xalla 13-cü pillədə başa vurub.

Son illər maddi problemlə əlaqədar ağır günlər keçirən klubun iki mövsümdə üç dəfə 3 xalı silinib.

"Tvente" "Doyen Sports"la müqavilədə qanuna zidd hərəkət etdiyindən ötən il üç il müddətinə Avrokuboklardan kənarlaşdırılıb.

 

 

Digər xəbərlər