AVROPA ÇEMPİONATINDA RƏZALƏT: MEYDANA PARTLAYICI MADDƏ ATILDI

AVROPA ÇEMPİONATINDA RƏZALƏT: MEYDANA PARTLAYICI MADDƏ ATILDI
Futbol
18 İyun 2016 - 00:20
Supersport.Az-ın məlumatına görə, Fransada keçirilən Avropa çempionatında daha bir biabırçılıq olub.

Çexiya - Xorvatiya oyununda iki komandanın futbolçuları arasında gərginlik zamanı tribunadan meydana partlayıcı maddələr atılıb. Bu səbəbdən ingilis hakim Mark Klattenburq oyunu dayandırıb. Meydanda olan alov söndürülüb. Beş dəqiqə müddətində stadionda anons verilib və matç qaldığı yerdən davam etdirilib.

Digər xəbərlər