FATİH TERİM: "İSPANLARLA HEÇ-HEÇƏ YAXŞI NƏTİCƏ OLARDI"

FATİH TERİM: "İSPANLARLA HEÇ-HEÇƏ YAXŞI NƏTİCƏ OLARDI"
Futbol
17 İyun 2016 - 03:54
"AVROPA ÇEMPİONATI DÜNYANIN SONU DEYİL"

Supersport.Az-ın məlumatına görə, İspaniya ilə oyun ərəfəsində Türkiyə yığmasının baş məşqçisi Fatih Terim açıqlama verib.

Təcrübəli mütəxəssis deyib:

"İspaniya dünyanın ən güclü komandalarından biridir. Rəqibə hörmətlə yanaşmalıyıq. Futbol meydanda oynanılır. Biz lazım olan nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bu oyun çox çətin olacaq. Bərabərlik qənaətbəxş nəticə olardı. Turnirlərdə nə qədər şans davam edərsə o qədər ümid var.

Luis Enrike və mənim fərqli baxışda olmağımız normaldır. Ardanı necə oynatdığı məni, mənim də bu futbolçunu hansı mövqedə oynatmağım onu maraqlandırmır. Hər ikimizə hörmətlə yanaşmalısınız. Arda səviyyəli futbolçudur.

Futbol kollektiv oyundur. Uğursuzluq olanda əsasən məşqçilər günahlandırılır, ancaq qələbələr paylaşılır. Təkcə futbolçular məsuliyyət daşımır. Uğursuzluğu bir nəfərə bağlamaq səhvdir.

Bu çempionat bitəcək, iki ay sonra Xorvatiya ilə oynayacağıq. Avropa çempionatı dünyanın sonu deyil. Dünya Kuboku ilə davam edəcəyik. "Mənimlə və mənsiz milli komanda davam edər" dedim. Bu səhv anlaşıldı. Milli komandada özümü xoşbəxt hesab edirəm. Ancaq həyatın nə gətirəcəyi bəlli olmaz. Bu komanda 15-16 oyun ölkəyə sevinc bəxş edib. Dünyanın hər yerində məğlubiyyət tənqid edilir. Bu komanda bütün ölkənindir. Uşaqlara bir az toxunmayın. Kəskin tənqidlərin mənfi təsirləri olur. Uduzsalar da, hesabı verən bizik. Türklər xorvatlarla oyunda futbolçuların döyüşmədiyini görmədiyi üçün təəssüfləndi. Buna görə haqlıdırlar. İnşAllah bir daha belə halla rastlaşmazlar".

Digər xəbərlər