"NEFTÇİ"NİN MARAQLANDIĞI MƏŞQÇİ 3 MİLYONA RAZILAŞDI

"NEFTÇİ"NİN MARAQLANDIĞI MƏŞQÇİ 3 MİLYONA RAZILAŞDI
Maqazin
16 İyun 2016 - 16:34
Supersport.Az-ın məlumatına görə, Azərbaycandan gələn təklifə mənfi cavab verən gürcü mütəxəssis özünə klub tapıb.

"Trabzonspor"dan ayrılmasının ardından heç bir komanda çalışdırmayan Şota Arveladzeylə "Neftçi"nin maraqlandığı bildirilirdi. Hətta gürcü mütəxəssis Bakıya da gəlmişdi. Azərbaycan klubuyla razılaşmayan Şota, İsrail təmsilçisini seçib.

Təl Əviv "Makkabi"si ilə 2 illik müqavilə imzalayan Arveladze, 3 milyon dollar qazanacaq. Bundan başqa, komanda uğurlu çıxış edərsə, o, mükafat da alacaq.

Digər xəbərlər