İSPANLARIN 45 DƏFƏ MƏŞQİ DAYANDIRILDI

İSPANLARIN 45 DƏFƏ MƏŞQİ DAYANDIRILDI
Futbol
15 İyun 2016 - 12:41
Avropa çempionatının növbəti oyununda Türkiyə ilə qarşılaşacaq son qitə çempionu İspaniya yığması matça ciddi hazırlaşır.

Supersport.Az-ın xarici mətbuata istinadən məlumatına görə, baş məşqçi Visente del Boske futbolçuların daha sürətlə çalışmasına göstəriş verib. Təcrübəli mütəxəssisin, ikitərəfli oyun zamanı 45 dəfə qarşılaşmanı dayandıraraq, müdaxilə etdiyi haqda xəbər verilib.

Fransaya yeni gələndə media nümayəndələrinin hazırlıq prosesini daha çox izləməsinə şərait yaradan ispan məşqçi, bu dəfə onlara cəmi 15 dəqiqə vaxt verib.

 

Digər xəbərlər