"QARABAĞ"I ÇEMPİONLAR LİQASI PÜŞKÜNDƏ İKİ ŞƏXS TƏMSİL EDƏCƏK

"QARABAĞ"I ÇEMPİONLAR LİQASI PÜŞKÜNDƏ İKİ ŞƏXS TƏMSİL EDƏCƏK
Futbol
15 İyun 2016 - 12:02
İyunun 20-də UEFA-nın mənzil-qərargahının yerləşdiyi İsveçrənin Nyon şəhərində Avrokubokların püşkatma mərasimi keçiriləcək.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ"ın iki idarəçisi Çempionlar Liqasının püşkündə iştirak edəcək.

Dördqat Azərbaycan çempionunun direktoru Əmrah Çelikəl və baş meneceri Asif Əsgərov Nyon şəhərinə yollanacaq.

Bu haqda əməkdaşımıza baş menecer Asif Əsgərov məlumat verib.

 

 

Digər xəbərlər