ARMENTEROSUN YENİ KLUBU MƏLUM OLDU

ARMENTEROSUN YENİ KLUBU MƏLUM OLDU
Futbol
15 İyun 2016 - 01:15
Mövsüm başa çatdıqdan sonra "Qarabağ"dan ayrılan Samuel Armenterosun Niderlandın "Herenven" klubu ilə danışıqlar apardığı haqda məlumat vermişdik.


Supersport.Az xəbər verir ki, isveçli hücumçusu sabiq komandası "Herenven"lə razılığa gəlib. 26 yaşlı futbolçu yaxın günlərdə yeni klubu ilə rəsmi müqavilə imzalayacaq.


Qeyd edək ki, Samuel Armenteros 2006/08-ci illərdə "Herenven"in aşağı yaş qruplarından çıxış edib. 2008/09 mövsümündə əsas komandaya dəvət edilən Armenteros klubda debüt edə bilməyib.

 

Digər xəbərlər