AVROPA ÇEMPİONATINDA 600-CÜ QOL

AVROPA ÇEMPİONATINDA 600-CÜ QOL
Futbol
15 İyun 2016 - 03:22
Supersport.Az-ın məlumatına görə, Fransada təşkil olunan Avropa çempionatında yarışın tarixində 600-cü qol vurulub.

"Fənərbağça"nın portuqaliyalı futbolçusu Luiş Nani İslandiyanın qapısına yol taparaq, bunu reallaşdırıb.

Qeyd edək ki, turnirin ilk qolunu 1960-da serb Milan Qaliç, 100-cü qolunu 1984-də fransız Alan Giresse, 200-cünü 1992-də danimarkalı Kim Vilfort, 300-cü qolunu 2000-də sloveniyalı Zlatko Zahoviç, 400-cü qolunu 2004-də fransız Tyeri Anri, 500-cü qolunu 2008-də ispan Xavi Hernandes vurub.

Digər xəbərlər