İSLANDLARIN BAŞ MƏŞQÇİSİ: "RONALDO VƏ PEPE AKTYORDUR"

İSLANDLARIN BAŞ MƏŞQÇİSİ: "RONALDO VƏ PEPE AKTYORDUR"
Futbol
14 İyun 2016 - 20:36
Supersport.Az-ın məlumatına görə, Portuqaliya ilə oyun ərəfəsində İslandiya yığmasının baş məşqçisi Lars Laqerbək rəqibin oyunçularına sataşıb.

67 yaşlı isveç mütəxəssis bildirib:

"Biz səbirsizliklə portuqallarla oyunu gözləyirik. Baxmayaraq ki, rəqib çox güclüdür, Avropa çempionatının favoritlərindən biridir. Komandamız əla formadadır və psixoloji baxımdan da vəziyyət yaxşıdır. Ümid edirəm ki, Portuqaliyaya problem yaradacağıq. Mən heç-heçəyə də razıyam: hətta yaxşı oynamasaq belə. Biz aqressiv, sürətli oynamalı və topa daha çox nəzarət etməyə çalışmalıyıq.

Ronaldo dünyanın ən yaxşı futbolçularından biridir. Ancaq eyni zamanda mükəmməl bir aktyordur. Pepe də belədir. Ronaldonu bağlamaq üçün bütün güc sərf olunacaq".

Məşqçi, Çempionlar Liqasının finalında Ronaldonun qəsdən yerə yıxıldığını və cəzalandırılmasının vacibliyini söyləmişdi.

 

Digər xəbərlər