"MİLAN"IN PREZİDENTİ ƏMƏLİYYAT OLUNDU, DOSTU AĞLADI

"MİLAN"IN PREZİDENTİ ƏMƏLİYYAT OLUNDU, DOSTU AĞLADI
Futbol
14 İyun 2016 - 19:48
Supersport.Az-ın məlumatına görə, İtaliyanın keçmiş baş naziri və "Milan"ın sahibi Silvio Berluskoni cərrahiyyə əməliyyatı olunub.

Klub rəhbərinin ürəyindəki problemi aradan qaldırmaq üçün həkimlər 4 saatdan artıq çalışıblar. Berluskoninin dostu Françeska Paskalenin ağlaması diqqətdən yayınmayıb. Milanda uğurlu əməliyyat olunan 79 yaşlı Berluskoni iki gün ciddi nəzarətdə olacaq.

"Milan" azarkeşləri klub sahibinə dəstəklərini nümayiş etdiriblər.

Digər xəbərlər