"BAKI" "QƏBƏLƏ"NİN SEVİNMƏSİNƏ İMKAN VERMƏDİ

"BAKI" "QƏBƏLƏ"NİN SEVİNMƏSİNƏ İMKAN VERMƏDİ
Futbol
14 İyun 2016 - 16:25
2016-2017 mövsümünə hazırlığı davam etdirən "Qəbələ" Bakıda baş tutan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib. "Qırmızı-qaralar" "Bakı" ilə görüşüb. Qarşılaşma paytaxtın eyniadlı təmsilçisinin bazasının stadionunda baş tutub. Qəbələ klubu oyunun hər hissəsini fərqli heyətlə keçirib. Matç 1:1 hesabı ilə nəticələnib.

"Qəbələ" növbəti yoxlama oyununu iyunun 15-də keçirəcək. Roman Qriqorçukun yetirmələri U-19 Liqasında çıxış edən futbolçulardan ibarət yığma ilə üz-üzə gələcək. "Bakı" FK-nın bazasında baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.

Digər xəbərlər