BLATTERDƏN ŞOK ETİRAF: "PÜŞKDƏ SAXTAKARLIQ OLUB" - VİDEO

BLATTERDƏN ŞOK ETİRAF: "PÜŞKDƏ SAXTAKARLIQ OLUB" - VİDEO
Futbol, Video
14 İyun 2016 - 15:12
Rüşvət aldığı əsas gətirilərək futboldan qovulan FİFA-nın keçmiş prezidenti Yozef Blatter şok açıqlama verib.


Supersport.Az-ın məlumatına görə, isveçrəli futbol adamı Argentinaının "La Nacion" nəşrinə müsahibəsində UEFA-da keçirilən püşkatmalarda saxtakarlığa yol verildiyini bəyan edib.


80 yaşlı Blatter deyib ki, uzun illər rəhbərlik etdiyi FİFA-da belə hal olmayıb, amma Avropa səviyyəli püşkatmalar zamanı nəticəni əvvəlcədən müəyyənləşdirilib. Onun sözlərinə görə, bunun üçün sonradan səbətə atılan şar soyuducuda dondurulurmuş. Bundan sonra istənilən komandanın adı olan kağız dondurulmuş şara salınır və nəticədə püşk səbətinə dondurulmuş və isti şar qoyulurmuş. Bunun sayəsində də püşkatmada maxinasiyaya yol verilirmiş.



FİFA-nın keçmiş rəhbəri, "Milyonlarla insanın canlı izlədiyi bir püşk mərasimində həqiqətən hiylə işlətmək mümkündürmü?" sualına "Bəli gözlərimlə gördüm!" cavabını verib:


"Əllə ani toxunuş kifayət edirdi ki, isti ilə soyuq şarı ayıra biləsən. Mən Avropa turnirlərindən birindəki püşkatmada şəxsən belə hala şahid olmuşam. Bunu italiyalılar edirdi. Mən heç vaxt çalışdığım dövrdə qanunu pozmamışam, vicdanım təmizdir".



Blatter DÇ-2014-ün püşkatma mərasimində saxtakarlıq edildiyinə dair suala cavabında belə bir hala yol vermədiklərini iddia edib.


Xatırladaq ki, bir müddət əvvəl Türkiyə mətbuatı da Avropa yarışlarınn püşkatma mərasimində hiylə işlədildiyini qeyd etmişdi. Dünya mediasında Xavyer Zanettinin çəkdiyi püşk geniş müzakirə olunmuşdu.




Digər xəbərlər