"EVERTON"DA YENİ BAŞ MƏŞQÇİ

"EVERTON"DA YENİ BAŞ MƏŞQÇİ
Futbol
14 İyun 2016 - 11:00
"Everton" klubunun yeni baş məşqçisnin adına aydınlıq gəlib.


Supersport.Az xəbər verir ki, Roberto Martinesin istefasından sonra boş qalmış posta "Sauthempton"un baş məşqçisi Ronald Kuman gətirilib. 53 yaşlı hollandiyalı mütəxəssis "Everton"la 3 illik müqavilə imzalayıb.


Qeyd edək ki, Ronald Kuman 2014-cü ildən "Sauthempton"u çalışdırırdı.

 

Digər xəbərlər