RAMİN MUSAYEV: "POLİS OLMASA, AZARKEŞLƏR BİR-BİRİNİN ƏTİNİ YEYƏR" - VİDEO

RAMİN MUSAYEV: "POLİS OLMASA, AZARKEŞLƏR BİR-BİRİNİN ƏTİNİ YEYƏR" - VİDEO
Futbol, Video
13 İyun 2016 - 22:12



Supersport.Az AFFA İcraiyyə Komitəsinin iclasının ardından PFL prezidenti Ramin Musayevin fikirlərini videogörüntüyə alıb.

Qurum rəhbəri, deyib ki, iki klubu Premyer Liqada saxlamaq istəkləri baş tutmayıb:

"Bundan əvvəlki iclasdan sonra klublara vaxt verilmişdi. Amma heç bir klub lisenziya almaqla bağlı müraciət etmədi. Sanki elə düşünürdülər ki, AFFA onlara məcbur lisenziya verəcək. Sponsor olsa da, sənədləşmə mütləq aparılmalıdır. "Xəzər Lənkəran" və "Rəvan"ın Premyer Liqada qalması müzakirə olundu. Ancaq onların borclarının çox olması çempionatda qalmalarını imkansız etdi".
Keçmiş polis Ramin Musayev polislərin azarkeşlərə münasibətinə də toxunub:

"Əvvəl polis orqanlarında işləmişəm. Bununla fəxr edirəm. Təhlükəsizliyimizin təmin olunmasında polislərin əməyi danılmazdır. Unutmayaq ki, "Neftçi” – "Xəzər Lənkəran” oyunu birtərəfli, rəqib azarkeşlər olmadan keçirilirdi. Səbəbkarı həmin azarkeşlərdir. Polis olmasa, azarkeşlər bir-birinin ətini yeyər. Birtərəfli yanaşmayaq. Ölkə kubokunun final oyunu zamanı azarkeşlər fişəng yandırdılar. Biz polislərdən xahiş etmişdik ki, onlara toxunmayın. Elə də oldu. Amma oyundan sonra azarkeşlər stadiona axışmaq istəyirdilər. Yaxşı, onlar stadiona düşsəydilər və sözləri çəp gəlsəydi, nə edəcəkdik?"

Digər xəbərlər