"QARABAĞ" DÖRDQAT RUSİYA ÇEMPİONU İLƏ QARŞILAŞACAQ

"QARABAĞ" DÖRDQAT RUSİYA ÇEMPİONU İLƏ QARŞILAŞACAQ
Futbol
13 İyun 2016 - 21:52




Supersport.Az-ın məlumatına görə, yeni mövsümün hazırlığı üçün Avstriyaya gedəcək "Qarabağ"ın keçirəcəyi yoxlama görüşlərindəki növbəti rəqibi məlum olub.

Azərbaycan klubu "Rostov"la qarşılaşmalı olsa da, oyunda plan dəyişikliyi olub. Dördqat ölkə çempionu "Qarabağ" iyunun 28-də dördqat Rusiya çempionu "Zenit"lə yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, "Qarabağ"ın ilk rəqibi yerli "Vakker" klubudur. Bu qarşılaşma iyunun 25-də baş tutacaq.



Digər xəbərlər