SƏRBƏST GÜLƏŞÇİLƏRİMİZ DÜNYA KUBOKUNU BEŞİNCİ SIRADA TAMAMLADI

SƏRBƏST GÜLƏŞÇİLƏRİMİZ DÜNYA KUBOKUNU BEŞİNCİ SIRADA TAMAMLADI
Digər, Güləş
13 İyun 2016 - 13:27
ABŞ-ın Los Anceles şəhərində sərbəst güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçirilib. Supersport.Az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, İran, Türkiyə, Gürcüstan, Monqolustan və Hindistan güləşçiləri iştirak edib.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, ABŞ və Hindistan komandaları ilə B qrupunda mübarizə aparıb. A qrupunda isə, Rusiya, Türkiyə, Gürcüstan və Monqolustan komandaları qüvvələrini sınayıb.

İlk görüşlərdən sonra qrup üçüncüsü olan yığmamız 5-ci yer uğrunda digər qrupun üçüncüsü olan Monqolustan yığması ilə qarşılaşıb. 5:3 hesablı qələbə qazanan güləşçilərimiz gənc heyətlə qatıldığı Dünya Kubokunu 5-ci sırada başa vurub.

Xatırladaq ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz üçüncü sırada tamamlamışdı.























İran - AZƏRBAYCAN 5:3
57 kq - Hassan Rahimi - Mahmud Məhəmmədov 11:1
61 kq - Behnam Ehsanpur - Əhmədnəbi Qvarzatilov 2*:2
65 kq - Meysam Nasiri - Məhəmməd Müslümov 7:6
70 kq - Mostafa Hosseinxani - Hacımurad Ömərov 3:6
74 kq - Hassan Yazdaniçarati - Əşrəf Əliyev 9:5
86 kq - Alireza Karimimaçiani - Aleksandr Qostiyev 2:5
97 kq - Abbas Tahan - Aslanbek Alborov 0:2
125 kq - Komeil Qasemi - Səid Həmidov 5:4
AZƏRBAYCAN - Hindistan 7:1
57 kq - Mahmud Məhəmmədov - Amit Kumar 3:0
61 kq - Cahid Həsənzadə - Bairang Bairang 3:9
65 kq - Məhəmməd Müslümov - Rajneş Rajneş 4:0
70 kq - Hacımurad Ömərov - Kumar Vinod 12:1
74 kq - Əşrəf Əliyev - Parvin Rana 10:0
86 kq - Məhəmmədhacı Xatiyev - Pavan Kumar 6:1
97 kq - Aslanbek Alborov - Sativart Kadian 3:0
125 kq - Səid Həmidov - Hitender Hitender 3:0
AZƏRBAYCAN - ABŞ 0:8
57 kq - Mahmud Məhəmmədov - Daniel Dennis-Kengot 0:10
61 kq - Əhmədnəbi Qvarzatilov - Antoni Ramos 4:10
65 kq - Məhəmməd Müslümov - Frank Molinaro 1:4
70 kq - Hacımurad Ömərov - Ceyms Qrin 0:10
74 kq - Əşrəf Əliyev - Aleksandr Dieringer 0:8
86 kq - Aleksandr Qostiyev - Michael Cox 2:3
97 kq - Aslanbek Alborov - Frederik Snider 1:2
125 kq - Səid Həmidov - Yakob Varner 0:10
Monqolustan - AZƏRBAYCAN 3:5 (5-ci yer uğrunda)
57 kq - Batbold Sodnomdaş - Mahmud Məhəmmədov 0:11
61 kq - Tuvşintulqa Tumenbileg - Əhmədnəbi Qvarzatilov 0:10
65 kq - Mandaxnaran Qanzoriq - Məhəmməd Müslümov 7:3
70 kq - Altangerel Dorjtseqmed - Hacımurad Ömərov 5:6
74 kq - Unurbat Purevjav - Əşrəf Əliyev 7:0
86 kq - Uytumen Orqodol - Məhəmmədhacı Xatiyev 5:0
97 kq - Xuderbulqa Dorjxand - Aslanbek Alborov 1:6
125 kq - Çuluunbat Jarqalsaixan - Səid Həmidov 2:6
YEKUN 
1. İran
2. Rusiya
3. Gürcüstan
4. ABŞ
5. AZƏRBAYCAN
6. Monqolustan
7. Hindistan
8. Türkiyə

Digər xəbərlər