"XƏZƏR LƏNKƏRAN"LA "RƏVAN"I ÇEMPİONATA BURAXA BİLMƏZDİK" - VİDEO

"XƏZƏR LƏNKƏRAN"LA "RƏVAN"I ÇEMPİONATA BURAXA BİLMƏZDİK" - VİDEO
Futbol, Video
13 İyun 2016 - 21:29
RÖVNƏQ ABDULLAYEV: "KİMDİR ERMӘNİLӘRIN SÖZÜNӘ QULAQ ASAN?"


Supersport.Az, AFFA prezidenti Rövnəq Abdullayevin İcraiyyə Komitəsinin iclasından sonra verdiyi müsahibəni təqdim edir.

Qurum rəhbəri bildirib ki, "Xəzər Lənkəran"la "Rəvan" FİFA-ya böyük məbləğdə borclu olduğundan bu klubları çempionata buraxmaq mümkünsüz olub.

AFFA prezidenti, bəzi komandaların pulu havaya sovurduğunu söyləyib.

Rövnəq Abdullayev, ermənilərin SOCAR-ın AÇ-2016-ya sponsorluq etməsinə etirazına münasibətini açıqlayıb.

"Kimdir ermәnilәrin sözünә qulaq asan? Biz bunu asanlıqla qazanmadıq. SOCAR böyük bir çempionatın sponsorudur. Bu, tәkcә sosial layihә deyil. Hәm dә kommersiya xarakterlidir. Çünki bu layihә sayәsindә bizim Gürcüstanda 35 faiz, Rumıniyada 30 faiz, İsveçrәdә 15 faiz gәlirimiz artıb. Kimin ağlına gәlәrdi ki, bu cür ölkәlәrdә SOCAR belә uğura imza atar. Bu, bizә әlavә gәlir gәtirir".

Digər xəbərlər