BRAZİLİYA AMERİKADA ŞOKA DÜŞDÜ

BRAZİLİYA AMERİKADA ŞOKA DÜŞDÜ
Futbol
13 İyun 2016 - 17:40
Supersport.Az-ın məlumatına görə, ABŞ-da keçirilən Amerika Kubokunda "sambaçılar" şoka düşüb.

"B" qrupunda Peruya məğlub olan Braziliya yarışla vidalaşıb. Yeganə qolu 75-ci dəqiqədə Raul Ruidias vurub. Bu zaman "sambaçılar" futbolçunun əllə qol vurduğunu bildirərək, etiraz ediblər.

"B" qrupunda Peru və Ekvadorun ardından üçüncü sırada olan Braziliya, Amerika Kubokunda mübarizəni dayandırıb. Eyni qrupda Ekvador isə Haitiyə 4 qolla qalib gəlib.

Digər xəbərlər