AZƏRBAYCAN PREMYER LİQASINDA 8 KOMANDA MÜBARİZƏ APARACAQ

AZƏRBAYCAN PREMYER LİQASINDA 8 KOMANDA MÜBARİZƏ APARACAQ
Futbol
13 İyun 2016 - 12:15
Bu gün AFFA-nın inzibati binasında qurumun İcraiyyə Komitəsinin iclası keçirilib.

Supersport.Az-ın məlumatına görə, iclasda Premyer Liqanın 2016/17 mövsümü ilə bağlı qərar verilib. İcraiyyə Komitəsində bildirilib ki, yeni çempionat üçün 8 klubdan başqa lizenziya tələblərinə yerinə yetirən olmayıb. Premyer Liqada 2016/17 mövsümü 8 komandanın iştirak ilə, 4 dövrədə keçiriləcək.

Qeyd edək ki, "Qarabağ", "Zirə", "Qəbələ", "İnter", "Kəpəz", "Neftçi", AZAL və "Sumqayıt" klublarına lisenziya verilib.

Digər xəbərlər