FATİH TERİM: "BU OYUNDAN DƏRS ALMALIYIQ"

FATİH TERİM: "BU OYUNDAN DƏRS ALMALIYIQ"
Futbol
12 İyun 2016 - 20:19
Supersport.Az-ın məlumatına görə, Avro-2016-nın ilk oyununda Xorvatiya yığmasına məğlub olan Türkiyə seçmə komandasının baş məşqçisi Fatih Terim fikirlərini bildirib.

"Xorvatiyanı təbrik edirəm. İlk hissə yaxşı keçdi. Ancaq ikinci taymda xorvatlar bizdən üstün oynadı. 60 dəqiqədən sonra yorğunluq və rəqibin çox imkanları oldu. Təəssüf ki, oyunçu dəyişikliyinin nəticəsi olmadı. Belə dağınıq oynacağımızı gözləmirdim. Komandamız çox sayda top itkisinə yol verdik. Burda pardon yox. "Biz bitdi demədən bitməz" deyirik. Lakin biz başlaya bilmədik. Biz başlayanda bitiririk. Bu oyundan dərs almalıyıq. Ölkə bilməlidir ki, bu yarışın səviyyəsi belədir. Ancaq hələ ki, heç nə bitməyib. İspaniya və Çexiya oyununa köklənib sona qədər mübarizə aparmalıyıq".

Digər xəbərlər