TÜRKİYƏ "AVRO-2016"YA MƏĞLUBİYYƏTLƏ BAŞLADI

TÜRKİYƏ "AVRO-2016"YA MƏĞLUBİYYƏTLƏ BAŞLADI
Futbol
12 İyun 2016 - 18:53
 









Fransada təşkil olunan futbol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunları davam edir.

Supersport.Az-ın məlumatına görə, bu gün "D" qrupunda bir oyun keçirilib.

Azərbaycan futbol azarkeşlərinin diqqəti Parisə yönəlib. Burada Türkiyə millisi Xorvatiya ilə üz-üzə gəlib. Türklər məğlub olub.

Qrupun digər oyunu İspaniya - Çexiya matçı sabah keçiriləcək.

Xatırladaq ki, Türkiyə və Xorvatiya yığmaları 2008-ci ildə keçirilən Avropa çempionatının 1/4 finalında üz-üzə gəlib. Həmin matçın 119-cu dəqiqəsində xorvatlar hesabı açsa da, bir dəqiqə sonra Türkiyə millisi Semih Şəntürklə bərabərlik qolunu vurub. Penaltilərdə daha dəqiq oynayan Fatih Terimin komandası yarımfinala yüksəlib.

12 iyun

D qrupu

17:00. Türkiyə - Xorvatiya 0-1 

Qol: Luka Modriç 41

Türkiyə: 1.Volkan Babacan, 3.Hakan Balta, 6.Hakan Çalhanoğlu, 7.Gökhan Gönül, 8.Selçuk İnan, 9.Cenk Tosun, 10.Arda Turan (K), 14.Oğuzhan Özyakup, 15.Mehmet Topal, 16.Ozan Tufan, 18.Caner Erkin.

Xorvatiya: 23.Subatiç (K), 11.Srna, 5.Çorluka, 21.Vida, 3.Striniç, 19.Badel, 10.Modriç, 14.Brozoviç, 7.Rakitiç, 4.Perişiç, 17.Mancukiç

Baş hakim: Yonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenius və Daniel Varnmark
Əlavə köməkçi-hakimlər: Stefan Yohanesson və Markus Strömberqsson (hamısı İsveç)
Paris. "Park de Prins" stadionu.





















































NKomandalarOQHMT-FX
1İspaniya00000-00
2Türkiyə00000-00
3Xorvatiya00000-00
4Çexiya00000-00

Digər xəbərlər