BEYL AZARKEŞİN BURNUNU QIRDI

BEYL AZARKEŞİN BURNUNU QIRDI
Futbol
12 İyun 2016 - 04:47


"Avro-2016"nın B qrupunda keçirilən Uels - Slovakiya oyunundan öncə xoşagəlməz hadisə yaşanıb.

Supersport.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Uelsin futbolçusu Qaret Beyl matçdan öncə isinmə hərəkətləri zamanı bir azarkeşin burnunu qırıb.

Madrid "Real"ının ulduz futbolçusunun qapıya doğru vurduğu zərbələrdən biri tribunada əyləşən azarkeşin üzünə tuş gəlib. Nəticədə həmin azarkeşin burnu qırılıb. Az sonra hadisədən xəbər tutan Beyl dərhal həmin azarkeşdən üzr istəyib.

Qeyd edək ki, Uels - Slovakiya oyunu 2:1 hesabı ilə Britaniya təmsilçisinin xeyrinə başa çatıb.

Digər xəbərlər