AMERİKALILARDAN MƏHƏMMƏD ƏLİNİN DƏFNİNDƏ ƏRDOĞANA HÖRMƏTSİZLİK

AMERİKALILARDAN MƏHƏMMƏD ƏLİNİN DƏFNİNDƏ ƏRDOĞANA HÖRMƏTSİZLİK
Futbol
11 İyun 2016 - 23:54
Amerikanın Gizli Xidmət Təşkilatı üzvləri ilə Məhəmməd Əlinin cənazə mərasiminə qatılmaq üçün ABŞ-a gedən Türkiyə prezidenti Ərdoğanın mühafizəçiləri arasında mübahisə yaranıb.

Məhəmməd Əlinin cənazə mərasimində Ərdoğanın Kəbə örtüyünün bir parçasını tabutun üzərinə qoymaq istədiyi, lakin buna amerikalılar tərəfindən icazə verilmədiyi bildirilir. "Biz sonra qoyarıq" deyə Ərdoğanın istəyinə rədd cavabı verilib.

Supersport.Az haberler-ə istinadla xəbər verir ki, hələ səbəbi bilinməyən mübahisədə Gizli Xidmət agentləri Ərdoğanın qoruma şefinə hirslənib və qısa müddətli itələmə hərəkəti yaşanıb.

Ərdoğanın və Türkiyənin Diyanət İşləri rəhbəri Mehmet Görmezin "Quran" oxumaq istəyinə də izn verilməyib. Ərdoğan bundan sonra proqramını yarıda kəsərək geri dönmək qərarına gəlib.

 

Digər xəbərlər